“Apple” şirkəti yeni “iPhone” smartfon modellərini nümayiş edib.
NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, şirkətin Kaliforniyada yerləşən mənzil-qərargahında təşkil olunan mərasimdə 3 yeni “iPhone” modeli – “iPhone Xs”, “iPhone Xs Max” və “iPhone Xr” təqdim olunub. Bu modellər bir-birindən ölçülərinə, ekran keyfiyyətlərinə, qiymətlərinə görə fərqlənirlər.
“iPhone Xr” modelinin qiyməti digərlərinə nisbətən ucuz olacaq -749 dollar. Onun müxtəlif - sarı, göy, qırmızı, narıncı və başqa rəngləri istehsal olunub. “iPhone Xs” modeli paslanmaz dəmirdən hazırlanıb və qızılı, gümüşü, səmavi boz rəngdə olacaq. Suya davamlı olan smartfon 999 dollara satışa çıxarılacaq. “iPhone Xs MAX” isə 1099 dollardan başlayan qiymətlərlə satılacaq.
“iPhone” modelləri üçün ən böyük yeniliklərdən biri də onların iki nömrəli olmasıdır.
Bunlardan başqa, “Apple Watch 4”ün də təqdimatı baş tutub.