Apple şirkəti 2 ədəd USB-C girişinə sahib yeni şarj adapteri üzərində çalışır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Apple şirkətinin aksesuarlar siyahısına yaxın zamanda yenisi daxil olacaq. Belə ki, internetdə ortaya çıxmış məlumata əsasən Apple şirkəti iPhone-lar üçün nəzərdə tutulmuş yeni şarj adapteri üzərində çalışır və həmin adapter öz unikal özəlliyi ilə fərqlənəcək. Məlumatda qeyd edilib ki, yeni şarj adapteri yüksəldilmiş gücə sahib olmaqla yanaşı həmçinin eyni anda iki cihazı birdən şarj edə biləcək. Yeni şarj adapteri barəsində məlumat Apple saytının texniki dəstək bölməsində qeyd edilib. Lakin müəyyən müddətdən sonra şirkət həmin məlumatı silib. Buna baxmayaraq o, internetdə yayılıb. Məlumata əsasən söhbət, iki ədəd şarj girişinə sahib şarj adapterindən gedir.

Bununla yanaşı həmin adapter 35 vatt gücündə olacaq. Hazırlanan yeni şarj adapteri 2 ədəd USB-C girişi ilə təchiz olunacaq və istifadəçi USB-C naqilindən istifadə edərək öz smartfonunu şarj edə biləcək. Qeyd etmək lazımdır ki, şarj adapteri üçün nəzərdə tutulacaq USB-C naqili aksesuarın komplektinə daxil olmayacaq və ayrıca satılacaq. Sözügedən şarj adapteri eyni anda Apple şirkətinin iki cihazını şarj edə biləcək. Məsələn istifadəçi şarj girişinin birini iPhone 13 Pro Max üçün, digərini isə Apple Watch üçün istifadə edə biləcək. Bu şarj adapterinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: