Amerikalı mütəxəssislər “yuxuda olan” batareya yaradıblar

A- A A+

Amerikalı mütəxəssislər enerjini səmərəli şəkildə aylarla saxlaya bilən akkumulyator hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, ABŞ Enerji Departamentinin alimləri mövsümi məqsədlər üçün istifadə oluna bilən akkumulyator yaratmağa çalışıblar. Məsələn, bir batareya yazda enerji toplaya bilər, onu qoruya bilər və sonra payız-qış dövründə paylaya bilər.

Laboratoriya şəraitində yaradılan akkumulyator 12 həftəlik yuxudan sonra 92 faiz enerji tutumunu saxlayıb. Belə akkumulyatorlar il ərzində bir və ya iki dəfə doldurulub boşaldılacağı üçün uzun illər istifadə üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: