İngiltərənin məişət elektrik cihazları istehsalçısı tərəfindən təqdim edilmiş xüsusi masaüstü lampa təxminən 60 il müddətində işləyəcək. Bu haqda istehsalçının saytında məlumat verilib. NUHÇIXAN “belta.by” saytına istinadən yazır ki, "ağıllı" lampa təbii işıq imitasiyasını yaradır. İstehsalçılar qurğuda 6 lampa quraşdırmaqla buna nail ola biliblər. Lampalardan 3-ü soyuq işıq, digərləri isə isti işıq saçır. Lampanın sahibi korpusda yerləşən sensorlar sayəsində lazımi və rahat işıqlandırmanı təyin edə bilər. Şirkətin rəsmisi deyib ki, lampa, həmçinin gün işığının intensivliyini izləyə bilər. Bu o deməkdir ki, informasiyanı təhlil edən lampa lazımi rəng və parlaqlığı özü təyin edə bilər.