Şərurun bir sıra kəndlərində telekommunikasiya şəbəkəsi yenilənir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müasir rabitə sistemləri qurulur, sürətli internetə çıxış təmin olunur, rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, hazırda rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlər Şərur rayonunun bir neçə yaşayış məntəqəsini əhatə edir. Təmir işləri zamanı istismara yararsız taxta rabitə dirəkləri dəmir dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə dəyişdirilir, yeni abonent qutuları əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar aradan qaldırılır. Həyata keçirilən tədbirlər zamanı rayonun Qorçulu, Mahmudkənd, Qarxun və Muğancıq-Mehrab kəndlərində  ümumilikdə,  28 ədəd dəmir dirək basdırılaraq rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilib, müxtəliftutumlu yeni kabellər çəkilib.

Bu tədbirlər rabitə və internet xidmətlərinin tam kəsintisiz həyata keçirilməsinə şərait yaradacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: