Ən güclü smartfon məlum olub

A- A A+

Mobil qurğuların məhsuldarlığını yoxlayan “AnTuTu” testinin yaradıcıları “iPhone XS” qurğusunu sınaqdan keçiriblər. “A12 Bionic” prosessoru ilə təchiz edilmiş sözügedən qurğu smartfonlar arasında rekord 363 min bal toplayıb. Bu haqda “GizmoChina” nəşri yazıb. NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, yeni “iPhone” smartfonu “Snapdragon 845” çipseti ilə işləyən əksər qabaqcıl “Android” qurğularını geridə qoymağa müvəffəq olub. “Android” sisteminin idarəetməsi altında işləyən qurğuların göstəriciləri təxminən 290 min bal təşkil edib. “iPhone XS” aparatı 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış prosessor sayəsində mobil bazarda ən güclü smartfon adına layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: