Azərbaycan və Gürcüstan milli yığmalarının birgə beynəlxalq və regional yarışları təşkil olunacaq

A- A A+

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının vitse-prezidenti David Kevxişvili ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüş zamanı iki ölkə arasında cüdo idman növü üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qrupları üzrə milli yığmaların birgə təlim-məşq toplanışlarının, birgə beynəlxalq və regional yarışların təşkil edilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, bu ilin aprelin 13-də ACF-nin prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyası tərəfindən yaradılan Yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyasına sədr seçilib. David Kevxişvili isə komissiyanın direktoru təyin olunub. Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilib, bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: