"Samsung" Android smartfonlar üçün güclü prosessor üzərində işləyir

A- A A+

"Samsung Electronics" şirkəti yalnız "Galaxy" seriyalı smartfonlarda istifadə olunacaq yeni və çox güclü prosessorun hazırlanmasına başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "The Korea Economic Daily" nəşri yazır.

Bildirilir ki, yeni çipin dizaynının hazırlanması gələn il başa çatacaq və 2025-ci ildən şirkət öz prosessoru ilə təchiz edilmiş smartfonların istehsalına başlamağı planlaşdırır.

Mənbələrə görə, bu, SoC (System-on-a-A-Chip), yəni bütün cihazın funksiyalarını yerinə yetirə bilən, lakin bir çipdə yerləşdirilə bilən sistem olacaq. "Samsung" hazırda qacetləri üçün prosessorları ABŞ-ın "Qualcomm" və Tayvanın "Mediatek" şirkətlərindən alır.

Nəşr həmçinin bildirib ki, yeni prosessorunun hazırlanması "Samsung"-un öz ekosisteminin qurulmasında Apple ilə rəqabət aparmaq planının bir hissəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: