Muxtar respublikada ATS-lərin tutumu və internetin keyfiyyəti artırılır - VİDEO
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir, bu məqsədlə yeni Avtomat Telefon Stansiyaları qurulur, mövcud stansiyaların isə tutumu artırılır. Hazırda Şahbuz şəhərində və Babək rayonunun Nehrəm qəsəbəsində yeni nəsil Avtomat Telefon stansiyaları quraşdırılır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Xosrov İbrahimov