Çinin “Xiaomi” şirkəti süni intellektli köməkçi funksiyaya malik “Xiao AI Smart Alarm Clock” zəngli saatını təqdim edib. NUHÇIXAN “3DNews” resursuna istinadən yazır ki, qurğu mahiyyət etibarilə ənənəvi zəngli saat və “ağıllı” dinamik hibridini təşkil edir. İstifadəçilər səsli komandalar vasitəsilə bu və ya digər informasiyanı, məsələn, hava proqnozunu, yollardakı vəziyyəti, aktual xəbərləri və s. soruşa biləcəklər. Məlumata görə, “ağıllı” zəngli saatla “Mijia App” mobil əlavəsinin köməyi ilə məsafədən əlaqə yaratmaq mümkün olacaq. Həmçinin müxtəlif bildiriş və xatırlatmaların göstərilməsi dəstəklənir. Bundan başqa, yeni qurğunu “ağıllı” məişət cihazları, məsələn, qoşulmuş hava təmizləyiciləri, kondisionerlər və s. ilə birgə iş üçün istifadə etmək olar. “Ağıllı” zəngli saat müxtəlif səsli mövzuları səsləndirərək ev sahiblərinə iş günündən sonra dincəlməyə kömək edəcək. Yeni qurğu ənənəvi funksiyaları da yerinə yetirir – vaxtı göstərir və istifadəçilərin yuxudan ayılması üçün siqnallar verir. Satışına sentyabrın 28-dən etibarən başlanacaq “Xiao AI Smart Alarm Clock” “ağıllı” zəngli saatının təxmini qiyməti 20-25 dollar təşkil edir.