Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcək 31-ci ölkə müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mundiala vəsiqə uğrunda Qətərin Əl-Rayyan şəhərində Avstraliya və Peru milliləri qarşılaşıb. Matçda əsas və əlavə vaxt qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasından müəyyənləşib. Burada daha dəqiq olan Avstraliya (5:4) dünya çempionatına vəsiqəni təmin edib.
Qeyd edək ki, “Qətər-2022”nin sonuncu iştirakçısı Kosta-Rika və Yeni Zelandiya yığmaları arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək.