Rusiyada neft yataqlarının axtarışı və işlənilməsinin yeni üsulları üzərində çoxlu mütəxəssis çalışır. Lakin Ümumrusiya Elmi-Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutunun (ÜETNGKİ) və Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin (İTMO) alimlərinin təqdim etdikləri layihə bütün gözləntiləri ötüb keçdi.
NUHÇIXAN bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir. Qurğunun yaradıcıları xüsusi ölçmə cihazının köməyi ilə Yerin səthində açıq atmosferin təhlilini aparmaq imkanı olan pilotsuz uçuş aparatı (PUA) barədə məlumat veriblər.
Alimlər qeyd edirlər ki, dronda lazer-optik kompleksi quraşdırılacaq ki, bu da atmosfer səthinin üst qatında öyrənilən sahənin hüdudlarından kənarda resursların mövcudluğunu sübut edən bir çox maddələri tapacaq. PUA-lar əsasən karbohidratlar - metan, etan, propan, butan və pentan axtaracaq. Belə “yerüstü” kəşfiyyatlar nəticəsində geoloqlarda sadalanan maddələrin bir yerə toplanmasını əks etdirən xəritə yaranacaq. Atmosferdə karbohidrogenlərin daha çox olduğu sahələrdə neft axtarışına başlamaq olar.
İxtiranın həmmüəllifi, ÜETNGKİ-nin professoru Aleksandr İlyinskinin sözlərinə görə, bu cür PUA-nın hazırlanmasında antiterror əməliyyatlarda partladıcının tapılması üçün nəzərdə tutulan aparatdan istifadə olunub.
Hazırda Rusiyanın iri neft və qaz şirkətlərində resursların sızmasının aşkarlanması məqsədilə dronlardan geniş istifadə olunur. İndiki vəziyyətdə PUA-dan istifadə daha səmərəli və çoxfunksiyalı ola bilər.