Proqramçılar üçün növbəti vebinar təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi proqramçılarının və muxtar respublikada fəaliyyət göstərən banklarda çalışan informasiya texnologiyaları mütəxəssislərinin bilik səviyyələrinin artırılması məqsədilə vebinar keçirilib.

“Buta Global Enerji” şirkətinin təşkilatçılığı ilə beynəlxalq arenada tanınan bir sıra şirkətlərin Türkiyədəki nümayəndəlikləri tərəfindən keçirilən vebinar “Yeni nəsil məlumat mərkəzi infrastrukturları və yeni bulud texnologiyaları” mövzusuna həsr olunub. Vebinarda Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev bildirib ki, nazirlik tərəfindən işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə onların müvafiq peşə ixtisasına yiyələnmələri, ixtisaslı kadrların hazırlanması məqsədilə onlayn kurslar təşkil olunur, vebinarlar və təlimlər keçirilir. Proqramçılar üçün təşkil olunan bu vebinar da texnologiya mütəxəssislərinin informasiya texnologiyaları sahəsində bilik və təcrübələrinin artırılmasında xüsusi əhəmiyyət daşıyır.

“Radius” şirkətinin rəhbəri Atilla Çembercinin “Radius həllər mərkəzi”, “Dell Technologies” şirkətinin şəbəkələrlə iş üzrə müdiri Can Küçükün “Açıq şəbəkə və bulud şəbəkəsi”, “Schneider Electric” şirkətinin mütəxəssisi Alphan Erdemin “Yeni məlumat mərkəzlərində enerji səmərəliliyi” mövzularında, həmçinin digər tanınmış şirkətlərin nümayəndələrinin müxtəlif mövzularda çıxışları dinlənilib.

Çıxışlarda yeni bulud texnologiyalarından ətraflı bəhs edilib. Mütəxəssislər vurğulayıblar ki, mövcud məlumat mərkəzinin bulud məlumat mərkəzinə çevrilməsi bir çox üstünlüklər yaradır. Xüsusilə də istifadəçilər internet olan istənilən yerdən hər hansı bir kompüter vasitəsilə resursları əldə edə bilirlər. Fərdi kompüterdə hər hansı bir nasazlıq yarandığı halda, istifadəçi məlumatı itirmir.

Vebinarda avtomatlaşdırılmış yeni nəsil məlumat mərkəzlərini insansız və xarici lisenziyasız idarə etməyin mümkünlüyü və digər lazımi məlumatlar da diqqətə çatdırılıb.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: