“Qarabağ” futbol komandası “Lex” ilə oyunda hesab arasındakı fərqi artırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən matçın 56-cı dəqiqəsində Kevin Medina fərqlənib.
Oyunda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib.
Hazırda matçda ikinci hissə oynanılır və hesabda “Qarabağ” öndədir – 3:1.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı ingiltərəli baş hakim Endryu Medli idarə edir.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.