Ötən 7 ayda 1088 abonent sabit şəbəkə telefon xətti ilə təmin olunub

A- A A+

Muxtar respublikada əhalinin müasir rabitə xidmətləri ilə təmin edilməsi cari ilin ötən dövründə də uğurla davam etdirilib.  

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu ilin ötən dövrü ərzində Şərur rayonunun Çərçiboğan kəndində yeni Rabitə Evi istifadəyə verilib, 672 nömrə tutumlu yeni Avtomat Telefon Stansiyası quraşdırılıb. Əhalinin müsair rabitə xidmətlərinə olan tələbatı nəzərə alınaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində, Şahbuz şəhərində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şıxmahmud kəndində ümumilikdə, müxtəliftutumlu 4 yeni HUAWEİ NGN tipli avtomat telefon stansiyası quraşdırılıb. Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb. Ötən 7 ay ərzində 1088 yeni sabit şəbəkə telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə Ordubad rayonunun Pəzməri kəndində rabitə xətt təsərrüfatının və 96 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının quraşdırılması, eləcə də rayonun Unus və Kələki, Şərur rayonunun Həmzəli, Vərməziyar və Axura kəndlərində rabitə xətt təsərrüfatının yenilənməsi istiqamətində müvafiq işlər isə davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: