“Apple” “iPhone 14 Pro”da batareyanın ömrünü bir neçə saat artıracaq

A- A A+

“LeaksApplePro” insayderi anonsu sentyabr ayında veriləcək “iPhone 14 Pro” ilə bağlı bəzi detalları açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “XDA-Developers” portalı məlumat verib. Mənbənin məlumatına görə, flaqman modelində batareyanın ömrü bir neçə saat arta bilər.

Həmçinin qeyd edilir ki, ön kamera və Face ID üçün yenilənmiş kəsik istifadəçi interfeysi ilə bağlı heç bir üstünlük təqdim etməyəcək.

Üstəlik, insayder yaxşı işıqlandırma şəraitində yeni 48 meqapiksellik kamera sensorunun yaxşı şəkillər ortaya çıxaracağını, lakin zəif işıqda keyfiyyətdə deqradasiya ola biləcəyini bildirib.

“iPhone 14 Pro”da dinamiklərin səsinin xeyli təkmilləşdirilməsi xüsusi vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: