Bloomberg: iPhone 14 Hindistanda yığılacaq

A- A A+

Apple hazırda Çində yığılan qadcetlərin buraxılışından təxminən iki ay sonra Hindistanda yeni iPhone 14 smartfonun istehsalına başlamağı planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Beləliklə, şirkət hər iki ölkədə istehsal gücləri arasındakı fərqi azaltmaq niyyətindədir. ABŞ və Çin hökumətləri arasında münasibətlərin korlanmasından sonra istehsalın şaxələndirilməsi və onun qismən Çindən digər dövlətlərə ötürülməsi Apple-ın gündəmində xüsusilə aktuallaşıb.

Bildirilir ki, əvvəlcə Apple və Foxconn şirkəti Çin və Hindistanda eyni vaxtda istehsalın başlanmasını həyata keçirməyi planlaşdırsalar da, bu il belə bir hədəfin real olmadığı aşkarlanıb. Hindistan istehsalı olan ilk iPhone 14 yalnız oktyabrın sonu - noyabrın əvvəlində hazır olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: