“iPhone” smartfonuna müdaxilə üsulu aşkar edilib

A- A A+

"YouTube"da yerləşdirilmiş çarxda "Siri" səsli köməkçisinin yardımı ilə "iPhone" smartfonuna müdaxilə üsulu göstərilib. NUHÇIXAN "ria.ru" saytına istinadən yazır ki, videoda blokdan çıxarma kodunu bilmədən smartfonun telefon kitabındakı kontaktların məlumatlarına müdaxilə nümayiş etdirilib. Bunun üçün qurğuda aktivləşdirilmiş telefon nömrəsini bilmək kifayətdir. Blokdan çıxarma kodunu daxil etməni keçmək üçün "Siri"nin köməyi ilə "VoiceOver" proqramını işə salmaq, bundan sonra telefona zəng vurmaq və mesajla çağırış etmək lazımdır. Bundan sonra telefon kitabını açmaq və əlaqələrə giriş əldə etmək olar. Bu problem cari il sentyabrın ortalarında "iPhone" üçün çıxarılmış yeni "iOS 12" əməliyyat sistemində aşkar edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: