Smartfona müdaxilə üçün ən sürətli üsul aşkarlanıb

A- A A+

Amsterdam Azad Universitetinin “VUSec” tədqiqat qrupunun tədqiqatçıları mobil telefona haker hücumunun həyata keçirilməsi üçün ən sürətli üsullardan birini kəşf ediblər.

NUHÇIXAN “RİA Novosti” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən üç müxtəlif markalı smartfon sınaqdan keçirilərək müəyyənləşdirilib ki, “Rowhammer” boşluğundan istifadə etməklə mobil qurğunu 2 dəqiqəyə sıradan çıxarmaq mümkündür. Əvvəllər isə boşluğun yalnız kompüterlərə hücum etdiyi hesab olunub.

Bildirilir ki, “Rowhammer” boşluğu smartfona standart mobil brauzer genişlənməsi və “JavaScript” proqramlaşdırma dili vasitəsilə müdaxiləyə imkan verir: brauzerə qurğunun mikroarxitekturasını yoluxduran zərərli proqramı aktivləşdirəcək kodu daxil etmək lazımdır. Hücum həyata keçirildikdən sonra hakerlər, həmçinin yaddaş xanalarında saxlanılan məlumatların manipulyasiyasını edirlər.

Mütəxəssislər qeyd edir ki, “Rowhammer” boşluğu mobil qurğular üçün böyük təhlükə törədir.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: