Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda internet istifadəçilərinin “WhatsApp”dan istifadəsində problem yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyinin “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər messencerə daxil ola və xidmətlərdən istifadə edə bilmirlər. Problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.