Elektron Təhlükəsizlik Xidməti “WhatsApp”dakı problemlərlə bağlı açıqlama yayıb

A- A A+

Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.

"“WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır", - açıqlamada deyilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: