"Twitter"də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək

A- A A+

"Twitter"də redaktə etmək funksiyasından hamı istifadə edə biləcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, hər hansısa "tweet"i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış "tweet"i redaktə edə bilər. Lakin sözügedən funksiya "TwitterBlue" adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni "tweet"lərin redaktə edilməsi funksiyasından adi "Twitter" istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.

"Tweet"lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq. Bu qərarı "Twitter"in yeni sahibi olan İlon Mask açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: