“Meta” şirkəti 11 mindən çox işçisini ixtisar edib

A- A A+

“Meta” şirkəti gəlirlərinin azalması səbəbindən işçilərinin 13 %-ni və ya 11 mindən çox işçisini ixtisar edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin baş direktoru Mark Zukerberqin məktubuna istinadən məlumat yayıb.

“Bu gün sizə “Meta” şirkətinin tarixinin ən çətin qərarlarından birini açıqlamaq istərdim. Komandamızın sayını, təxminən, 13 % azaltmaq və ya 11 mindən çox istedadlı işçimizi ixtisar etmək qərarına gəldim. Biz həmçinin xərcləri azaltmaqla və işə qəbulla bağlı moratoriumun müddətini uzatmaqla daha kompakt və effektli şirkət olmaq üçün bir sıra əlavə addımlar atacağıq”, - Zukerberq bildirib.

CNBC-də dərc edilən məqalədə bildirilib ki, kütləvi ixtisarların səbəblərindən biri “Meta”nın gəlirlərinin kəskin azalmasıdır. Şirkətin rəhbəri zəif göstəricilərə görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, bu şirkətdə 87 min nəfər işləyirdi.

“Meta” şirkəti Feysbuk və İnstaqram sosial şəbəkələrinin sahibidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: