Mina əleyhinə robotlarla təchiz edilən katerlər hazırlanıb

A- A A+

Fransalı mühəndislər avtonom sualtı robotlarla təchiz edilən mina əleyhinə katerlər ailəsi yaradıblar. “Octopoda” layihəsi çərçivəsində yaradılan katerlər barədə “MAURIC” və “ECA Group” şirkətlərinin rəsmi nümayəndələri məlumat veriblər. NUHÇIXAN “Planet Today” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, katerlərin hazırlanması 2016-cı ildən aparılır. “Octopoda” mina əleyhinə katerlərin başlıca fərqləndirici cəhəti gəmilər üçün risk etmədən dəniz minalarını zərərsizləşdirməyə imkan verən avtonom sualtı aparatlardır. Mütəxəssislər qeyd edir ki, mina əleyhinə gəmilər mina maneələrinin zərərsizləşdirilməsi üzrə işlər yerinə yetirən zaman təhlükə zonasında olurlar – mina əleyhinə gəmilərin korpusları xüsusi qeyri-maqnit materiallardan hazırlanır, lakin bu, gəmi ekipajlarının işinin təhlükəsizliyinə təminat vermir. Minaların zərərsizləşdirilməsi ilə robotlar məşğul olanda isə vəziyyət müəyyən dərəcədə dəyişəcək. “Octopoda” katerlər ailəsinə 30 və 50 metrlik iki gəmi daxildir. Katerlərin təchiz edildiyi “A9-M” robotları suyun 300 metr dərinliyinə enir və gəmidən 2 km məsafə uzaqda işləyirlər. “A9-M” robotları ilə yanaşı, böyük “Octopoda” kateri göyərtəsində kəşfiyyat missiyalarını yerinə yetirən kiçik robotlaşdırılmış gəmi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: