Tviterin işində problem yaranıb

A- A A+

Dünyanın bir sıra ölkələrində tviter sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi sayt və proqramın işində nasazlıqların olmasından gileylənirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: