Azərbaycan internetin sürətinə görə geriləyib

A- A A+

Bu ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 32,06 MB/S sürətlə 64-cü yerdə qərarlaşıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan ötən ilin dekabr ayına nisbətən 3 pillə geriləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 161,15 MB/S), sonuncu - 138-ci yeri isə Kuba (4,13 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləməkdir. Yanvarda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26,25 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 179 ölkədə aparılıb. Birinci yeri Sinqapur (234,55 MB/S), sonuncu yeri isə Kuba (1,84 MB/S) tutub.

Bundan başqa, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 35,08 MB/S sürətlə 172 şəhər arasında 77-ci yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,07 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 204,37 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 3,55 MB/S sürətlə Kubanın paytaxtı Havana tutub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 277,57 MB/S sürətlə liderlik edib. Suriyanın Hələb şəhəri isə 1,57 MB/S sürətlə sonuncu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: