“Western Digital” şirkəti dünyanın ən tutumlu sərt diskini təqdim edib. “Ultrastar DC HC620” modeli 15 terabaytadək məlumat saxlamağa imkan verir ki, bu da əvvəlki liderin göstəricisindən 1 terabayt çoxdur. 12 Qbit/saniyə “SAS” (Serial Attached SCSI) interfeysli və 7 Qbit/saniyə “SATA” interfeysli iki versiyadan istifadə etmək olar. NUHÇIXAN “CHIP” resursuna istinadən yazır ki, 3,5 düymlük standart form faktorda düzəldilən qurğu kommersiya istifadəsi üçün nəzərdə tutulub. Məlumata görə, bərkcisimli toplayıcıda “Shingled Magnetic Recording” (SMR) və “HelioSeal” texnologiyaları tətbiq edilib. Birincisi hər toplayıcı üçün informasiyanın yazılması zamanı qonşu zolaqların qismən bağlanılmasını və saxlanılma sıxlığı və ümumi tutumun artımını təmin edir. İkincisi isə heliumdan istifadəni nəzərdə tutur ki, bu da konstruksiyanın germetikliyinə zəmanət verir.