NYT: “Twitter”in mənbə kodu ictimaiyyətə açıq qalıbmış”

A- A A+

“Twitter” sosial şəbəkəsinin mənbə kodunun bir hissəsi internetdə yerləşdirilib və bir neçə ay ictimaiyyətə açıq olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazıb.

Qəzetə görə, verilənlər “GitHub” proqram təminatının tərtibatçılarının onlayn platformasında istifadəçilər üçün əlçatan olub. Bilgi sızması “Twitter” tərəfindən yalnız cümə günü aradan qaldırılıb. Mənbə kodunun açıq şəkildə nə qədər müddətə qaldığına dair heç bir anlayış yoxdur.

“GitHub”dan məlumatları silməyi tələb etməklə yanaşı, “Twitter” Kaliforniyanın Şimal Dairə məhkəməsi vasitəsilə platformadan mənbə kodunun bir hissəsini dərc edən istifadəçinin, həmçinin onu yükləyənlərin məlumatlarını istəyib.

“Twitter” daxili incələmə aparır və sosial şəbəkə mənbə kodunu internetdə yerləşdirən şəxsin keçən il şirkəti tərk etdiyini güman edir.

Xatırladaq ki, 2022-ci il oktyabrın 27-də amerikalı iş adamı İlon Mask 44 milyard dollara sözügedən şəbəkəni satın alıb. Bundan dərhal sonra o, baş direktor Paraq Aqraval və maliyyə direktoru Ned Seqal da daxil olmaqla şirkət rəhbərliyinin bir neçə üzvünü işdən çıxarıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərdən belə bəlli olur ki, Mask həm də direktorlar şurasını buraxıb və qurumun tək başçısına çevrilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: