“WhatsApp”da yalan xəbər yayanlar müəyyənləşdiriləcək

A- A A+

Hindistan hökuməti “WhatsApp” messencerində yalan xəbərlər yayan istifadəçilərin şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilməsini tələb edir. NUHÇIXAN “Life” resursuna istinadən yazır ki, məlumata görə, “WhatsApp” şirkətinin baş direktoru Kris Deniels və Hindistanın rabitə və informasiya texnologiyaları naziri Ravi Şankar Prasad arasında görüş keçirilib. Nazir hökumətin istəyini şirkət rəhbərinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, messencerdən məlumatların deşifrlənməsi tələb olunmur. Söhbət zorakılığa təhrik edən yalan xəbərlərin yayılmasında təqsirləndirilən insanların şəxsiyyətinin və İP ünvanlar almasının müəyyənləşdirilməsindən gedir. Bildirilir ki, K.Deniels məsələ ilə bağlı son qərarını açıqlamayıb. O qeyd edib ki, ilin sonunadək  “WhatsApp”da Hindistanda vəziyyətə nəzarət edəcək və yalan məlumatların göndərilməsinin qarşısının alınması üzrə plan hazırlayacaq xüsusi bölmə yaradılacaq. Zorakılığa təhrik edən təsdiq edilməmiş məlumatların yayılması Hindistan cəmiyyətinin messencerdə əsas problemidir. Yalan məlumatlara görə son aylar ərzində təxminən 30 nəfər linç edilib. Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda “WhatsApp”da qeydiyyatdan keçən istifadəçilərin sayı 200 milyona bərabərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: