Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

A- A A+

Bu ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 39,46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan bu ilin fevral ayına nisbətən 3 pillə irəliləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 178,25 MB/S), sonuncu - 137-ci yeri isə Kuba (3,44 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə geriləməkdir. Martda ölkədə sabit genişzolaqlı internetin median sürəti 27,84 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (235,4 MB/S), sonuncu yeri isə Kuba (1,84 MB/S) tutub.

Bundan başqa, martda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə irəliləyərək 41,71 MB/S sürətlə 174 şəhər arasında 73-cü yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,36 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 2 pillə geriləməkdir.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 223,87 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 3,03 MB/S sürətlə Kubanın paytaxtı Havana şəhəri tutub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 264,92 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,51 MB/S sürətlə sonuncu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: