İnsanın yerişi onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verəcək

A- A A+

Çin hüquq-mühafizə orqanları insanların şəxsiyyətini onların yerişinə görə müəyyənləşdirməyə başlayıblar. Buna imkan verən müvafiq texnologiya Watrix” şirkəti tərəfindən hazırlanıb. NUHÇIXAN “Lenta” resursuna istinadən yazır ki, yeni texnologiya ilk olaraq Şanxay və Pekin şəhərlərində istifadəyə verilib. Proqramın süni intellekti insanın şəxsiyyətini 50 metr məsafədən, o cümlədən arxadan müəyyənləşdirə bilir. Şirkətin baş direktoru Xuan Yunçjen bildirib ki, insanların müəyyənləşdirilməsi üçün onlarla əməkdaşlığa ehtiyac yoxdur. Yerişin analizini axsamaqla və ya addımları böyük atmaqla aldatmaq mümkün deyil. “Bu səbəbdən biz konkret bədənin bütün xüsusiyyətlərini təhlil edirik”, - o qeyd edib. Məlumata görə, insanın siluetini oxuyan sistem onun yerişinin modelini yaradır. Lakin “Watrix” texnologiyası vətəndaşların şəxsiyyətini real vaxt rejimində identifikasiya edə bilmir: videoqeydləri əllə proqrama yükləmək tələb olunur. Birsaatlıq videonun analizi üçün 10 dəqiqə sərf edilir. Texnologiyanın 94 faiz dəqiqliklə işləməsi bildirilir. Daha yaxşı nəticə üçün yeni texnologiyanın sifətin tanınması sistemi ilə birgə yayılacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: