Muxtar respublikada bu ilin 5 ayı ərzində 2 mindən artıq abonent genişzolaqlı internetlə təmin olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində muxtar respublikada 733 abonent yeni stasionar telefon xətti ilə, 2179 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində 45 abonentin mənzilinə isə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb, istismar müddəti ərzində fiber-optik xətlərdə yaranan nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Artan tələbat fonunda cari ilin yanvar ayında Naxçıvan şəhərinin Qaraxanbəyli, Ordubad rayonunun Aza, Kəngərli rayonunun Qarabağlar, Culfa rayonunun Bənəniyar, Yaycı, Ərəzin kəndlərində və rayon mərkəzində istismarda olan avtomat telefon stansiyalarının internet tutumları da artırılıb ki, nəticədə 550-dən artıq istifadəçinin internet xidmətlərinə olan tələbatının ödənilməsinə şərait yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: