Luis Enrike PSJ-nin yeni baş məşqçisi təyin olunub

A- A A+

Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.

NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib.

İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib.

53 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Luis Enrikenin son iş yeri İspaniya millisi olub. O, məşqçilik karyerası ərzində İtaliyanın "Roma", ölkəsinin "Selta" və "Barselona" klublarına da rəhbərlik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: