Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

A- A A+

İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Rəqəmsal Transformasiya İşçi Qrupu ölkədə rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyalarının tətbiqi mövzusunda müzakirələr aparıb.

NUHÇIXAN bu barədə 4SİM-ə istinadən xəbər verir.

Məlumata görə, İşçi Qrupunun rəhbəri Orxan Quliyev rəqəmsal transformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

4SİM-in icraçı direktorunun vəzifəsini icra edən Fariz Cəfərov “IV sənaye inqilabı (4Sİ) texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarına 4SİM-in fəaliyyəti, sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər, 4Sİ texnologiyalarının tətbiq imkanları və faydaları və rəqəmsallaşmanın dünya iqtisadiyyatının, o cümlədən Azərbaycan iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə qısa məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: