Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "AzstateNet" dövlət şəbəkəsində 391 milyon 630 min zərərli keçidi yeni nəsil mühafizə avadanlıqları vasitəsilə bloklayıb.
NUHÇIXAN bu barədə quruma istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, 2 milyon 808 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb, 49 min 370 virus tərkibli sənəd isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.