Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinin veb-saytı yenilənib

A- A A+

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin elektron informasiya resursu Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir dizaynda yenidən hazırlanaraq nstat.gov.az domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, veb-sayt funksionallıq və məzmun cəhətdən təkmilləşdirilib, yeni informasiyalarla zənginləşdirilib. Yenilənmiş sayt komitənin fəaliyyətinə uyğun olaraq müasir görünüşü, fərqli strukturu və istifadədə asan olması ilə fərqlənir. Sayt istifadəçi rahatlığını nəzərə alaraq responsiv dizaynda hazırlanıb.

Yeni internet səhifəsinin təhlükəsizliyinin təmin olunması, axtarış sistemlərinə uyğunlaşdırılması, qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün Nazirliyin mütəxəssisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də  domenə bağlı e-poçt adresi ilə ([email protected]) təmin olunub.

Həmçinin Komitənin aidiyyəti əməkdaşlarına istifadəçi idarəetmə panelinin təlimi ilə əlaqədar metodiki köməklik də göstərilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: