Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

A- A A+

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Global Research and Analysis Team” (GreAT) şirkətinin departament rəhbəri Dmitri Qalov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber ​​Knowledge Day) həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, daha çox kiberhücum "Minecraft" oyunu üzrə gizli reklamlardan olur: "İkinci yerdə iş elanlarına aid tətbiqlər, üçüncü yerdə isə mesencerlərin "Casus" proqramları qərarlaşıb".

D.Qalov qeyd edib ki, Azərbaycanda adi istifadəçilərin 32 %-i lokal təhlükələrlə üzləşib.

"Korporativ istifadəçilərin 24 %-i yerli təhlükələrə məruz qalıb. Korporativ istifadəçilərin 17 %-i internet təhlükələri ilə qarşılaşıb, 17 %-i isə e-poçt spamının payına düşür. İstifadəçilərin fişinq səhifələrinə keçməsi üçün 534 min cəhd edilib. Mobil cihazlara 224 min hücum olunub", - deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: