“SpaceX” növbəti internet peykləri qrupunu orbitə çıxarıb

A- A A+

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 21 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

NUHÇIXAN xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, daşıyıcı raket bazar ertəsi günü ABŞ-ın Sakit okean sahilləri vaxt ilə saat 23:57-də ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı bazasından start götürüb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 107-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5 mindən çox peyk buraxıb. Onların 4,7 mini işlək vəziyyətdədir. Daşıyıcı raketin artıq on birinci dəfədir ki, istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına idarəolunan şaquli eniş enəcək.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: