ABŞ pilotsuz hərbi kosmik gəmini orbitə çıxarıb

A- A A+

ABŞ Silahlı Qüvvələrinin X-37B pilotsuz kosmik gəmisi NASA-nın Kennedi Kosmik Mərkəzindən SpaceX kompaniyasının Falcon Heavy raketi ilə orbitə çıxarılıb.

NUHÇIXAN Associated Press agentliyinə istinadla xəbər verir ki, bu, Amerikanın ən məxfi kosmik gəmisinin 2010-cu ildəki debütündən bəri yeddinci uçuşudur. O, orbitdə ümumilikdə 10 ildən çox fəaliyyət göstərib.

İndiyədək ən uzun sürən son uçuş iki il yarım davam edib.

Kosmik Qüvvələrin rəsmiləri orbital gəminin fəzada nə qədər qalacağını və göyərtəsində nə olduğunu açıqlamayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: