WhatsApp “kənar çatlar” funksiyası üzərində iş aparır

A- A A+

WhatsApp şəbəkəsindəki növbəti yenilənmə istifadəçilərə “Meta” şirkətinə məxsus messencerin yeni funksiyası sayəsində kənar proqram əlavələrindən daxil olan çat yazışmalarını qəbul etməyə imkan yaradacaq.

NUHÇIXAN xarici KİV-ə istinadla xəbər verir ki, “kənar çatlar” adlanan funksiya hazırda tərtibat mərhələsindədir.

İşlər yekunlaşandan sonra digər şəbəkələrin istifadəçiləri WhatsApp proqramından istifadə etməyi davam etdirən və yeni akkaunt açmayan dostlarına çatda yaza biləcəklər. Hazırda “Telegram” və “Discord” çatları ilə sinxronizasiya yaradılıb, bir müddət sonra isə iMessage və Viber daxil olmaqla, digər bütün messencerlərin dəstəklənməsi təmin ediləcək.

Digər platformaya keçid funksiyası avtomatik olaraq sondürüləcək, istifadəçi öz seçiminə uyğun olaraq, həmin funksiyanı özü aktivləşdirə biləcək. Şirkət həmçinin qarşılıqlı şifrələməni təmin edəcək. Lakin WhatsApp sinxronizasiyaya könüllü və ya tənzimləyicinin tələbi ilə razılıq verən messencerlərə texniki dəstək göstərəcək.

Yeni funksiyanın nə vaxt işə düşəcəyi məlum deyil. Android sistemində belə bir analoji funksiyanın işə düşəcəyi barədə hələ 2023-cü ilin sentyabrında məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: