Naxçıvanda futbol bayramı

A- A A+

NUHÇIXAN xəbər verir ki, ölkənin futbol üzrə bir nömrəli turniri – Azərbaycan Kubokunun final görüşünə də Naxçıvan ev sahibliyi edəcək. Keçiriləcək həlledici qarşılaşmada “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcək. Oyun may ayının 19-u, saat 16:30-da başlayacaq. Görüşdən öncə tədbirin bədii hissəsi təşkil olunacaq, burada Azərbaycanın tanınmış müğənnilərinin ifasında musiqi nömrələri səsləndiriləcək.

Muxtar respublikamızda futbol bayramı bununla başa çatmır. Ənənəvi olaraq keçirilən futbol üzrə “Heydər Əliyev kuboku” turniri də dördüncü dəfə təşkil olunacaq. “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və Türkiyənin “Ağrıspor” komandalarının mübarizə aparacağı turnir dairəvi sistem üzrə keçiriləcək. Oyunlara may ayının 20-də start veriləcək. İlk oyun günündə saat 11:00-da “Araz-Naxçıvan” MOİK-lə, 17:30-da “Şüvəlan” “Ağrıspor”la qarşılaşacaq. Növbəti gündə də oyunların başlama saatı eyni vaxtda olacaq. May ayının 22-də istirahət edəcək komandalar meydana ayın 23-də çıxacaqlar. Eyni zamanda həmin gün saat 17:00-da turnirin bağlanış mərasimi keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: